turk-liresi-yeniden-ucuzlasir-dollar-8-lireye-yaxinlasib

Türk Lirəsi yenidən ucuzlaşır - DOLLAR 8 LİRƏYƏ YAXINLAŞIB

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ötən həftə faizini 4,75 bənd artıraraq 15%-ə yüksəltməsinə baxmayaraq yenidən Türk Lirəsi ucuzlaşır.

İnsider.az xəbər verir ki, dünən Dollar qarşısında 3%-dən çox ucuzlaşmış Türk Lirəsi bu gün səhər 0,3% dəyərdən düşüb. Bakı vaxtı ilə saat 09:38-də Dollar/TL məzənnəsi 7.9055 səviyyəsində olub.

Ötən həftə Mərkəzi Bankın faiz qərarından sonra Dollar/TL məzənnəsi 7.6381 səviyyəsinədək düşmüşdü.

Məzənnədə bir illik əməliyyat aralığı 8.5393 - 5.7001 səviyyələri arasındadır.

Yerli sərmayəçilər ötən həftə faiz qərarından sonra TL-nin dəyər qazanmasını (dolların ucuzlaşmasını) valyuta və qızıl aktivlərini artırmaq üçün bir fürsət olaraq qiymətləndiriblər. Yerlilər xarici valyutadakı əmanətlərini təxminən 1.6 milyard dollar artıraraq 225.8 milyard dollara çatdırıblar (rekord səviyyə).

Analitiklər bildirirlər ki, indi ən böyük sual yerlilərin lirə mövqelərini daha da artırıb artırmayacaqlarıdır. Bu trend eyni zamanda dolar/TL məzənnəsinin 7.53 səviyyəsindən aşağı enib enməyəcəyinin də cavabını verəcək.

Marja