turk-liresi-yeniden-ucuzlasir

Türk Lirəsi yenidən ucuzlaşır

Dollar/TL məzənnəsi artmaqda davam edir (Dollar bahalaşır, Türk Lirəsi ucuzlaşır).

İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:25-də məzənnə 0,5% artımla 7,3751 səviyyəsində olub.

Qurban Bayramının ardından 7 səviyyəsini aşan məzənnə rekordlarını yeniləyir.

Dollar qarşısında 2020-ci ilin əvvəlindən bu yana 23% ucuzlaşan Türk Lirəsi, 24 inkişaf edən ölkənin valyutaları arasında ən çox dəyər itirən üçüncü pul vahididir.

Türkiyənin Cari əməliyyatlar balansında İyunda 2.93 milyard dollar kəsir yaranıb.

Marja