turk-liresine-tesir-ede-bilecek-kritik-gostericiler-aciqlanacaq

Türk lirəsinə təsir edə biləcək kritik göstəricilər açıqlanacaq

Bu gün Türkiyədə avqust ayı inflyasiya göstəriciləri açıqlanacaq. 

Insider.az  xəbər verir ki, açıqlanacaq göstəricilərin dollar/türk lirəsi (TL) məzənnəsində dalğalanmaya səbəb olacağı gözlənilir.

 "Reuters"ın keçirdiyi sorğuya görə, İstehlakçı Qiymətləri İndeksinin Avqustda siqaret və qaz başda olmaqla bir sıra məhsulların bahalaşmasının təsirilə aylıq müqayisədə 1.3% artması, ancaq illik inflyasiyanın İyuldakı 16.65%-dən 15.51%-ə geriləməsi gözlənilir.

Türkiyədə avqust ayı inflyasiya göstəriciləri Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaqdır.

Bakı vaxtı ilə saat 09:20-də dollar/türk Lirəsi məzənnəsi 5.8073 səviyyəsində olub.

ABŞ-Çin ticarət müharibəsi və müqaviləsiz Brexit ehtimalının yaratdığı qlobal riskdən qaçış təzyiqi də türk lirəsinə mənfi təsir edir.

Dollar/türk lirəsi məzənnəsində 5.75 səviyyəsinə qədər ola biləcək geriləmənin "normallaşma hərəkəti" olaraq görülməsi lazım olduğu bildirirlər. Məzənnənin 5.85 səviyyəsinin üzərinə qalxmasının isə Lirənin daha da ucuzlaşa biləcəyinə işarə ola bilər.