Dünən 6.0046 lirəyə qədər geriləyən dollar/tl məzənnəsi bu gün 6 lirədən aşağı düşüb.
İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:10-da 1 dollar 5,8727 lirədən əl dəyişdirib. Türk lirəsi dollar qarşısında 2,3% dəyər qazanıb.
S400 mövzusunda son proseslər bazarlardakı optimizmin səbəbidir. Tramp və Ərdoğanın telefon danışığı da bazarlara müsbət təsir edib.
Dollar əvvəlki gün də S400 xəbərilə 14 maydan bəri ilk dəfə 5.99 səviyyəsini test etmişdi.
İstanbul birjası (BİST 100 indeksi) 2,3% yüksələrək 89 193 səviyyəsinə qalxıb.
S400-lərin iyuna təxirə salına biləcəyi barədə xəbər yayılıb. Bazar bu xəbəri müsbət qarşılayıb.
©Marja