turk-liresinin-son-proqnozu

Türk lirəsinin son proqnozu

"Bank of New York Mellon" bazar strategiyası departamentinin rəhbəri Daniel Tenengazuer, Türkiyədə əsas göstəricilərin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdığını və Lirənin ədalətli dəyərinin 4.70-ə yaxın olduğunu bildirib.

İnsider.az xəbər verir ki, Daniel Tenengazuer, cari balansının yaxşılaşdığını, geo-siyasi münasibətlərin normallaşdığını və turizmin canlandığını qeyd edib.

"Mühüm inkişaf edən ölkələrin çoxunun əksinə Türkiyənin ixracı artır və bütün zamanların rekordunu qırır. Eyniz zamanda idxal azalıb",- Daniel Tenengazuer bildirib.Bakı vaxtı ilə saat 14:00-da Dollar/TL (Türk Lirəsi) məzənnəsi  5.7123 səviyyəsində olub.

©"Marja"