turkesilli-is-adami-abramovicin-sirketini-bir-funta-aldi

Türkəsilli iş adamı Abramoviçin şirkətini bir funta aldı

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta satılıb.

Məlumata görə, şirkətin yeni sahibləri işlənmiş avtomobillərlə məşğul olan türkəsilli alman iş adamı Hakan Koç və onun biznes tərəfdaşı, əvvəllər telekommunikasiya sənayesi ilə əlaqəli olan Pirros Kussiosdur. Britaniya şirkətinin aktivlərinin 90%-i Koç, 10%-i isə Kussiosa çatıb.

Bildirilir ki, “Truphone”un satılması qərarı Böyük Britaniya və Aİ səlahiyyətliləri tərəfindən Abramoviçə tətbiq edilən sanksiyalarla bağlıdır. Belə ki, o, şirkət səhmlərinin 23%-nə sahib olub. Yerdə qalan səhmlərin böyük hissəsi isə onun “Evraz” mədən-metallurgiya şirkətindəki ortaqları Aleksandr Abramov və Aleksandr Frolova məxsus olub.

Oxu.Az