Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir.
İnsider.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ankara və Bakı ticarət dövriyyəsini beş milyard dollara qədər artırmaq potensialına malikdir.
Nazirlikdən bildirilib ki, 2018-ci ilin nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,853 milyard dollar təşkil edib, lakin iki ölkə arasında qardaşlıq münasibətləri fonunda bu rəqəm kiçik görünür.
Nazirlikdən o da qeyd olunub ki, bu ilin altı ayının nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 907,661 milyon dollara bərabər olub.
Nazirlik istisna etmir ki, 2019-cu ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsi iki milyard dolları ötəcək.
Həmçinin bildirilib ki, bu ilin altı ayı ərzində Türkiyənin Azərbaycana ixracı 699,060 milyon dollar, Azərbaycandan idxalı isə 208,601 milyon dollar təşkil edib.
Məlumata əsasən, bu ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 118,468 milyon dollar olub.
Bu ilin iyun ayı ərzində Türkiyənin Azərbaycana ixracı 100,575 milyon dollar, Azərbaycandan idxalı isə 17,893 milyon dollar təşkil edib.