Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Hadisənin baş verdiyi Bursa vilayətinin valisi Mahmud Demirtaş onların axtarışına başlanıldığını bildirib.
“69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb”.
Onun sözlərinə görə, insidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də (Bakı vaxtı ilə 7:20 - red.) daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib. Vali bildirib ki, dənizçilərin axtarışına güclü dalğalar mane olur.
Oxu.Az