turkiye-ikinci-rubde-faiz-endirimine-gedecek

Türkiyə ikinci rübdə faiz endiriminə gedəcək

ABŞ-ın sərmayə bankı və maliyyə xidmətləri holdinq şirkəti JPMorgan, Türkiyə Mərkəzi Bankının (TCMB) gələn həftə keçirəcəyi yığıncağında faizini 17% səviyyəsində saxlayacağını, faiz siyasətində növbəti addımın faiz endirimi olmasını gözləməyə davam etdiklərini açıqlayıb.

İnsider.az xəbər verir ki, JPMorgan hesabatıda, "TCMB-in son 2 yığıncaqda etdiyi cəmi 6,75 bənd faiz artırımının inflyasiyanın aşağı salınması üçün kafi olacağına inanırıq",- deyilir.

TCMB-nin son sorğusunda gələcək 12 ay üçün inflyasiya proqnozunun 10,8% səviyyəsində olduğunu, TCMB-nin hal-hazırda 2,1% real faiz nisbəti təqdim etdiyini qeyd edən JPMorgan, "Bu real faiz nisbəti yalnız 2018-ci ildəki bazar oynaqlığı əsnasında veriləndən daha aşağıdır. TCMB-nin etibarlılığı və siyasətlərinin daha güclü olduğu, tələb təzyiqlərinin daha aşağı olduğu və daha əhəmiyyətlisi Lirənin hər hansı bir təzyiq altında olmadığını nəzərə alındığında daha yüksək faizlər üçün hər hansı bir təməl səbəb görmürük. Bunun nəticəsi olaraq TCMB-nin faizini dəyişdirməyərək 17%-də saxlayacağını gözləyirik" ifadələrini istifadə edib.

JP Morgan, təməl ssenarilərində ilk faiz endiriminin 2021-ci ilin ikinci rübündə 1 bənd təşkil edəcəyini nəzərdə tutur. 

Marja