turkiye-iqtisadiyyati-barede-bedbin-proqnozlar

Türkiyə iqtisadiyyatı barədə bədbin proqnozlar

ABŞ-ın investisiya bankı "Goldman Sachs" Türkiyə iqtisadiyyatı üzrə proqnozunu dəyişib. 

İnsider.az xəbər verir ki,​ Goldman Sachs, Türkiyə iqtisadiyyatına dair 2019-cu il proqnozunu mənfi 1.5%-dən mənfi 2.5%-ə endirib (iqtisadiyyatın 2,5% azalacağını gözləyir). 

"Goldman Sachs" iqtisadçıları qeyd ediblər ki, Türk Lirəsinin yeni ucuzlaşmasının iqtisadiyyata mənfi təsiri daha çox olacaqdır. 

Goldman qeyd edib ki, Türkiyə Mərkəzi Bankı (TCMB), Türk Lirəsinə sabitləşdirməsi cəhdlərinin bir hissəsi olaraq, qarşıdakı aylarda faizi artırmaq məcburiyyətində qalacaq.

Goldman-ın təxminlərinə görə, TCMB faizi ikinci rübdə 25.5%ə qaldıracaq. 

©Marja