turkiye-iqtisadiyyati-kicilib

Türkiyə iqtisadiyyatı kiçilib

Türkiyə iqtisadiyyatı 2020-ci ilin ikinci rübündə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9.9%, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə isə 11% kiçilib. 

 İnsider.az xəbər verir ki, proqnoz 10% kiçilmə yaşanacağı istiqamətində idi.

Sənaye sektoru 16,5% azalıb

2020-ci ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə; kənd təsərrüfatı 4%, rabitə 11%, maliyyə və sığorta fəaliyyətləri 27,8% artıb. Sənaye 16,5%, inşaat sektoru 2,7%, xidmətlər 25%, digər xidmət fəaliyyətləri 18% azalıb.

Marja