turkiye-koronavirus-sebebinden-turistlerin-70-den-coxunu-itirib

Türkiyə koronavirus səbəbindən turistlərin 70 %-dən çoxunu itirib

Bu ilin on ayında Türkiyədəki xarici turistlərin sayı koronavirus pandemiyası səbəbindən 72,5 % azalıb.

İnsider.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.

Belə ki, bu il Türkiyə kurortlarını cəmi 11,2 milyon əcnəbi ziyarət edib ki, 2019-cu ildə ölkədə 52 milyondan çox insan istirahət edib.

Qeyd edilir ki, pandemiyaya baxmayaraq ölkəni ziyarət etməyə cəsarət edən turistlər 2020-ci ildə daha çox İstanbula (37 %) gediblər. Ən çox səfərlərin baş tutduğu reytinqdə Antalya ikinci yeri tutub. Orada turistlərin 28 %-i istirahət ediblər.

Son məlumatlara görə, Türkiyədə 447 mindən çox insan koronavirusa yoluxub.

Qeyd edək ki, pandemiyanın ikinci dalğası fonunda ölkə hökuməti həftə sonları komendant saatı elan edib, kafe və restoranları bağlayıb, müəssisələrin fəaliyyətini dayandırıb, məktəblilər isə distant təhsilə keçiblər.

Report