Statista Global Consumer Survey-in keçirdiyi onlayn sorğuya əsasən kriptovalyuta istifadəsinə görə Türkiyə lider ölkə seçilib.
Insider.az Kriptoinvest -ə istinadən xəbər verir ki, sorğuya əsasən hər beş Türk vətəndaşından biri kriptovalyuta istifadə etdiyini və ya sahib olduğunu qeyd edib. 2018-ci ildə Türkiyədəki valyuta böhranı vətəndaşları alternativ maliyyə aktivlərinə – rəqəmsal valyutalara diqqət yetirməyə məcbur etmişdi. Bununla belə Türkiyə hələ də kriptovalyuta sənayesini tənzimləyəcək bir qanun qəbul etməyib.
Sorğuya əsasən ən çox kriptovalyuta istifadəçiləri Latın Amerika ölkələri – Braziliya, Kolumbiya, Argentina, Meksikada, Avropada isə İspaniyadadır. Maraqlı fakt odur ki, Yaponiya kriptovalyutaların ən az istifadə olunduğu ölkə kimi seçilib. Rəyi soruşulanların yalnız 3%-i kriptovalyutalarla işləmək təcrübəsinin olduğunu qeyd olunub.
©Fed.az