turkiye-liresinin-dollara-nisbetde-mezennesi-ucuzlasib

Türkiyə lirəsinin dollara nisbətdə məzənnəsi ucuzlaşıb

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra Türkiyə lirəsinin ABŞ dollarına nisbətdə məzənnəsi minimumları yeniləməkdə davam edir.

Belə ki, Bakı vaxtı ilə saat 12.49-yə olan məlumata görə, lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 12,08 səviyyəsində ticarət olunub, bu isə yeni antirekord hesab olunur.

Ötən cümə axşamı Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi 16 %-dən 15 %-dəл azalmaqla bağlı qərar qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da televiziya müraciətində uçot dərəcəsinin azaldılmasına tərəfdar olduğunu bəyan edib.