Türkiyə Mərkəzi Bankı İyun yığıncağında pul siyasəti faizini dəyişdirməyib. Beləliklə, son 9 yığıncaqda faiz endiriminə gedən bank 10-cu yığıncaqda faizdə endirmədi.
İnsider.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı İyun yığıncağında faizini dəyişdirməyərək 8.25%-də saxlayıb.
Faizin 25 bənd endirilməsi gözlənilirdi.
Mərkəzi Bankın İdarə Heyəti inflyasiyaya təsir edən bütün ünsürləri diqqətə alaraq, siyasət faizinin sabit saxlanılmasına qərar vermişdir.
Mərkəzi Bank qərarını açıqladıqdan sonra Dollar/Türk Lirəsi məzənnəsi çox dəyişməyib və Bakı vaxtı ilə saat 15:20-də 6.85 səviyyələrində olub.
Marja