turkiye-merkezi-banki-faizini-keskin-artirdi-lire

Türkiyə Mərkəzi Bankı faizini kəskin artırdı - LİRƏ...

Bank iqtisadçıların proqnozundan daha çox faiz artırdı.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) mart ay yığıncağında faizini 2 bənd artıraraq 17%-dən 19% səviyyəsinə artırmaq barədə qərar qəbul edib.

Əksər iqtisadçılar Bankın faizini 1 bənd artıraraq 17%-dən 18%-ə yüksəldəcəyini gözləyirdilər. Ən aşağı proqnoz faizin 0,75 faiz bəndi, ən yüksək proqnoz isə 1,50 faiz bəndi artırılacağı istiqamətində idi. 

TCMB,  inflyasiyanın yüksəlməsi riskləri nəzərə alınaraq faizin güclü artırılmasına qərar verildiyini bildirib.

Qərardan sonra Türk Lirəsi daha da bahalaşıb. Qərardan öncə 0,6% düşərək 7.46 səviyyələrinə geriləmiş Dollar/TL məzənnəsi qərardan sonra 7.34 səviyyələrinə enib. Türk Lirəsi bu gün dollar qarşısında 2%-dən çox dəyər qazanıb (saat 15:01-ə olan məlumat).