Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı pul siyasəti faizini 10,25%-dən 15% səviyyəsinə qaldırdı.
Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
İnsider.az xəbər verir ki, Bank faizini 4,75 bənd artıraraq 10.25%-dən 15%-ə yüksəldib.
İqtisadçılar da Mərkəzi Bankın bugünkü yığıncaqda faizi 4,75 bənd artıraraq əsas pul siyasəti faizini 15%-ə çatdıracağını gözləyirdilər.
Bu gün qəbul edilən faiz qərarı TCMB-nin yeni sədri Naci Ağbalın dövründə verilən ilk faiz qərarıdır.
Qərardan sonra Türk Lirəsi dollar qarşısında 2%-ə yaxın bahalaşıb və Dollar/TL məzənnəsi 7,56 səviyyələrinə geriləyib.
Marja