turkiye-merkezi-banki-son-27-ayin-en-kritik-faiz-qerarini-aciqladi

Türkiyə Mərkəzi Bankı son 27 ayın ən kritik faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı son 27 ayın ən kritik faiz qərarını açıqlayıb. Belə ki, qurum ölkədə yüksək inflyasiya fonunda uçot dərəcəsini 15%-ə qaldırıb.

Son iki ildə bu göstərici 8,5% səviyyəsində idi.

Məlumata görə, uçot dərəcəsi sonuncu dəfə 2021-ci ilin martında 17%-dən 19%-ə qaldırılmışdı.

Qeyd edək ki, Türkiyədə may ayında illik inflyasiya 39,6% təşkil edib.

Oxu.Az