turkiye-merkezi-banki-ucot-derecesini-keskin-azaldib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin azaldıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İnsider.az xəbər verir ki, iclasda uçot dərəcəsinin 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə endirilməsinə qərar verilib. 

Xatırladaq ki, TMB-nin ötən il sentyabrın 13-də keçirilmiş iclasında uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılmışdı.