turkiye-merkezi-bankindan-surpriz-faiz-qerari

Türkiyə Mərkəzi Bankından sürpriz -FAİZ QƏRARI

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı.

İnsider.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı faizi 250 bənd endirərək 16,50%-dən 14%-ə endirilib. Faizin 100 bənd azaldılacağı gözlənirdi.

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini İyul ayı yığıncağında 425 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 325 bənd endirərək 19.75%-dən 16.50%-ə endirmişdi. 

Mərkəzi Bankın açıqlamasında qeyd edilib ki, Türk lirəsinin məzənnəsi sabitləşib, inflyasiya düşməkdə davam edir.  

"Proqnozlar ilin sonunda inflyasiyanın İyul İnflyasiya Hesabatında verilən proqnozlardan aşağı olacağına işarə edir. Bu çərçivədə inflyasiya, inflyasiyaya təsir edən bütün faktorları nəzərə alaraq, pul siyasəti faizinin 250 bənd endirilməsinə qərar verib",- Açıqlamda deyilir. 

 Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra Dollar/TL məzənnəsi kəskin dəyişməyib. Bakı vaxtı ilə saat 17:10-da məzənnə 5.75 səviyyələrində olub.