turkiye-merkezi-bankindan-surpriz-qerar

Türkiyə Mərkəzi Bankından sürpriz qərar

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank faizini 2 bənd artıraraq 8.25%-dən 10.25%-ə yüksəldib.

Türkiyə Mərkəzi Bankı əvvəlki 9 yığıncağında 24%-dən 8,25%-ə-dək faiz endirmiş, 3 yığıncağında faizi dəyişməz saxlamışdı.

Qərardan sonra Türk Lirəsi Dollar qarşısında 1,5% dəyər qazanıb, məzənnə 7,71 səviyyələrindən 7.55 səviyyələrinədək düşüb. 

Reuters-in apardığı sorğuya görə, TCMB-nin faizini 8.25%-də sabit saxlayacağı gözlənilirdi. Goldman Sachs və Deutsche Bank isə Türkiyə Mərkəzi Bankının faiz artıracağını gözləyirdilər. 

İnflyasiyanın artacağı gözləntiləri, ölkənin kredit reytinqinin pisləşməsi TL-yə mənfi təsir edir.

Marja