turkiye-merkezi-bankinin-ucot-derecesini-qaldiracagi-gozlenilir

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini qaldıracağı gözlənilir

"Bank of America Securities" Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini 25%-ə qaldıracağını gözlədiklərini açıqlayıb.

Bankın hesabatında, “TCMB üçün iki yol mümkündür. Birinci yol faiz dərəcələrini yüksəltmək, tənzimləmələri və nəzarətləri yavaş-yavaş aradan qaldırmaqdır. Bu ssenaridə faiz dərəcəsini 25 faiz və ya daha aşağı müəyyən etmək və daha çox faiz siqnalı vermək olar. Digər ssenari, mövcud maliyyə şərtlərini yumşaltmadan faiz dərəcələrini məhdudlaşdırıcı səviyyələrə qaldırmaqla başlamaqdır. Bu ssenari iqtisadiyyatda daha sürətli korreksiyaya imkan verəcək və etibarlılığı və proqnozlaşdırıla bilənliyi gücləndirəcək",- deyilir.

Qeyd edək ki, hazırda TCMB-nin uçot dərəcəsi 8,5%-dir. Bank faiz qərarının 22 iyunda açıqlayacaq.

Marja