turkiye-prezidenti-nato-sammitinde-istirak-etmek-ucun-madride-yola-dusub

Türkiyə Prezidenti NATO sammitində iştirak etmək üçün Madridə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə yola düşüb.

O, səfərdən əvvəl paytaxt Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransı keçirib.

Dövlət başçısı sammitdə müzakirə olunacaq məsələlərdən, ikitərəfli və çoxtərəfli formatda keçirəcəyi görüşlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, NATO-nun sammiti bu gün başlayır. İclas iki gün davam edəcək. Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək.

Report