turkiye-rusiya-birge-monitorinq-merkezi-ermeniler-ateskesi-203-defe-pozublar

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: "Ermənilər atəşkəsi 203 dəfə pozublar"

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

Mməlumatı “TRT Haber” telekanalı yayıb.

Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib.

Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntularının minimum sayı 203-dür”.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Hazırda mərkəzdə 60 rusiyalı və eyni sayda türkiyəli hərbçi xidmət edir. Onlar PUA-lar vasitəsilə atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Report