turkiye-rusiyali-turistler-ucun-aviasirket-yaradib

Türkiyə rusiyalı turistlər üçün aviaşirkət yaradıb

Türkiyə xüsusi olaraq rusiyalı turistlər üçün aviaşirkət yaradıb.

“Southwind” adlanan hava daşıyıcısı mayın sonundan uçuşlara başlayacaq.

İlkin mərhələdə aviadaşıyıcının donanmasında üç enli və iki dar gövdəli beş “Airbus” təyyarəsinin olacağı gözlənilir.

Aviaşirkətin baş ofisi Antalyada yerləşəcək və Rusiya şəhərləri ilə Türkiyənin kurortları arasında çarter reysləri həyata keçirəcək.

Oxu.Az