turkiye-seckilerinde-son-reqemler-yenilenib

Türkiyə seçkilərində son rəqəmlər- YENİLƏNİB

Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb.

Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, Kemal Kılıçdaroğlu 44,99 faiz, Sinan Oğan isə 5,21 faiz səs toplayıb.

09:19

Türkiyədə səsvermə qutularının 98,89 faizi açılıb.

Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45 faiz, Sinan Oğan isə 5,22 faiz səs toplayıb.

07:37

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 98,06 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir.

İkinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

02:14

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,09 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz səslə öndədir.

İkinci yerdə 44,76 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,28 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 96,31 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,58 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 25,08 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,23 faiz, İYİ Partiya 9,90 faiz, Yaşıl Sol Partiya 8,73 faiz səs toplayıb.

Oxu.Az