turkiye-xin-den-aspa-nin-azerbaycanla-bagli-qerarina-etiraz-foto

Türkiyə XİN-dən AŞPA-nın Azərbaycanla bağlı qərarına ETİRAZ - FOTO

“Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilən bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir:

“Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”.