turkiyede-allahverdi-bagirovun-adina-kitabxana-acildi

Türkiyədə Allahverdi Bağırovun adına kitabxana açıldı

Türkiyədə Kahraman Maraşın Afşin rayonunun Çoluğhan kənd məktəbində şəhid Milli Qəhrəman Allahverdi Bağırovun adına kitabxana açılıb. 

Bu təşəbbüs “kitabxanasız məktəb qalmasın” lahiyəsi çərçivəsində gerçəkləşib. 

Layihə İnsan Haqları və Təhsil Həmrəyliyi Dərnəyi tərəfindən həyata keçirilib.

Dərnəyin rəhbəri Məshəti Özürək bildirib ki, layihə davamlı olacaq: 

“Biz bu layihəni Türkiyənin bütün kəndlərində həyata keçirməyi düşünürük. Layihənin məqsədi kənd məktəblərində kitabxanaların olmasını təmin etməkdir. Bu gün kitabxanamızın açılışı oldu. Açılışda bölgənin təhsil müdiri Fatih Kaba, məktəbin müdiri və müəllimlər iştirak etdi. Eyni zamanda həm Azərbaycan, həm də Türkiyə şəhidlərinin adından şagirdlərə məktəb lavazimatları hədiyyə edildi. Layihənin davamı olaraq Türkiyə şəhidlərinin adına Azərbaycanın kənd məktəblərində kitabxana açılacaq”.