turkiyede-bahali-telefonlara-vergi-artirildi

Türkiyədə bahalı telefonlara - VERGİ ARTIRILDI

Türkiyədə bahalı telefonlar üçün vergilər artırılıb.

İnsider.az xəbər verir ki, Türkiyə hökuməti bir sıra mallara vergiləri artırıb və ya yenidən tətbiq edib. Belə ki, siqaretə yanvar ayında dayandırılan aksiz vergisi yenidən 0,26 lirə tətbiq edilib. Nəticədə siqaretə tətbiq edilən bütün vergilər 5,36 lirədən az olmayacaq.

Hökumətin qərarı ilə mobil telefonlar üçün özəl istehlak vergisi (ÖTV) də artırılıb. Belə ki, indiyədək Türkiyədə mobil telefonlar 25% vrgiyə cəlb edilirdi. Bundan sonra isə verginin dərəcəsi telefonun qiymətindən asılı olacaq və daha bahalı telefonlardan daha yüksək vergi tutulacaq.

Belə ki, qiyməti 640-1500 lirə olan telefonlardan 40%, qiyməti 1500 lirədən yüksək olan telefonlarda isə vergi 50% təşkil edəcək.

©FED.az