turkiyede-can-azerbaycan-a-bir-mektubum-var-kampaniyasi-foto

Türkiyədə “CAN AZERBAYCAN'A BİR MEKTUBUM VAR” kampaniyası - FOTO

Qardaş ölkə Türkiyənin Kastamonu şəhərində “Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri” dərnəyi tərəfindən Qarabağda zəfər çalan Azərbaycan ordusunun əsgərlərinə məktub göndərilməsi üzrə “CAN AZERBAYCAN'A BİR MEKTUBUM VAR  kampaniyasına start verilib.

Dərnəyin Kastamonu şəhəri üzrə şöbənin rəhbəri Berat Satıoğlu PKK terrorçuları ilə aparılan mübarizədə qazi olub.

Media nümayəndələri üçün keçirilən konfransı giriş sözü ilə açan B.Satıoğlu Dağlıq Qarabağın işğal edildiyi illərdə türk ədəbiyyatının nümayəndəsi Abdurrahim Karakoçun “Qarabağa məktub” şerindən misralar ilə açmışdır.

Daha sonra o, BMT və dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən və təsdiqlənən, ölkə ərazisinin 20%-ni təşkil edən Qarabağın işğaldan azad edilməsinə Türk xalqı olaraq çox sevindiklərini bildirib.

Bununla yanaşı bu günlərdə 7-dən 77-ə bütün Türk xalqının qəlbi Azərbaycan xalqı ilə döyündüyünü bildirdi.

Onun sözlərinə görə, 15 dekabra qədər davam edəcək kampaniyada məqsəd 29 ildən sonra torpağına qovuşan qardaş ölkənin sevincinə şərik olmaqdır.