Türkiyədə Enerji Bazarını Tənzimləyən Qurum (EPDK) elektrik enerjisi qiymətlərini 1 iyuldan etibarlı olmaqla 14,98 faiz artırıb.
İnsider.az xəbər verir ki, qiymətlər dövlət və özəl sektor istehsal şirkətlərinin artan xərcləri ilə əlaqədar olaraq qaldırılıb.
Ölkədə qaz qiymətlərini BOTAŞ müəyyənləşdirir. BOTAŞ-ın da 30 iyuna qədər 1 iyuldan yeni tariflər müəyyən edəcəyi gözlənilir.
Bundan əvvəl Türkiyədə şəkər tozu və çayın satış qiymətləri artırılıb.
©Marja