Bu gün Gürcüstanın Türkiyənin Ankara şəhərində ilk diplomatik nümayəndəliyinin açılmasının 100-cü ildönümü tamam olur.
İnsider.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, 8 fevral Gürcüstan-Türkiyə diplomatik münasibətlərində çox mühüm tarix hesab olunur.
1921-ci ilin məhz bu günündə Gürcüstanın Türkiyədəki ilk səfiri Simon Mdivani Mustafa Kamal Atatürkə etimadnaməsini təqdim edib.
Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Türkiyə ilə münasibətlər uzun illik dostluğa əsaslanıb. Qurum Gürcüstan-Türkiyə strateji tərəfdaşlığının gələcəkdə daha da güclənəcəyinə ümidvarlıq ifadə edib.