turkiyede-ilk-koronavirus-xestesi-askarlandi

Türkiyədə ilk koronavirus xəstəsi aşkarlandı

Türkiyədə ilk koronavirus (Kovid-19) xəstəsi aşkarlanıb.

İnsider.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, Türkiyədə dünən axşam saatlarında koronavirus şübhəsi olan bir vətəndaşın test nəticəsinin müsbət çıxdığını bildirib. 

F.Koca "Xəstənin virusa Avropada yoluxduğu bilinməkdədir. Xarici dünyadan tamamilə təcrid edilmişdir. Xəstə bir kişidir və ümumi vəziyyəti yaxşıdır. Ailə üzvlərinin hamısı və yaxın ətrafındakı bütün fərdlər bu mənada nəzarət altındadır və hər biri şübhəli qəbul edilmişdir" deyib.