Türkiyədə 2023-cü ilin may ayında istehlak qiymətləri aprel ayı ilə müqayisədə 0,04%, ötən ilin dekabr ayı ilə müqayisədə 15,26%, ötən ilin may ayı ilə müqayisədə isə 39,59% artıb.
Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Marja.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, ölkədə İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) mart ayında aylıq 0,04% artıb. İllik artım isə 39,59% təşkil edib. Apreldə illik inflyasiya 43,68% olmuşdu. Beləliklə, qiymətlərin artım sürəti yavaşlayıb.
Qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 15,26% artıb.
Ümumi qiymət artımının aşağı düşməsinə ev təsərrüfatlarına pulsuz yerli təbii qaz verilməsi güclü təsir edib.