Türkiyədə istehlakçı qiymətləri avqustda iyul ayı ilə müqayisədə 0.86%, ötən ilin avqust ayı ilə müqayisədə isə (illik müqayisədə) 15.01% artıb. İyulda illik inflyasiya 16,65% səviyyəsində idi.
İnsider.az xəbər verir ki, inflyasiyanın aylıq 1.3%, illik 15.5% olması gözlənilirdi.
Baza inflyasiya 16.20%-dən 13.60% -ə geriləyib. Ərzaq qiymətlərində illik müqayisədə artım 18.21%-dən 17.22%-ə düşüb.
Türkiyədə qiymətlər Avqust ayında əvvəlki ayla müqayisədə 0,86%, Dekabr ayı ilə müqayisədə 7,35%, əvvəlki ilin eyni ayı ilə müqayisədə 15,01% və on iki aylıq hesablamalara görə, 19,62% artım baş verib.
Aylıq ən yüksək artım 19,11% ilə spirtli içkilər və tütün qrupunda olub.
2019-cu ilin Avqust ayında indeksdə yer alan qruplardan təhsildə 4,26%, mənzildə 2,04%, müxtəlif mal və xidmətlərdə 0,89%, restoran və otellərdə 0,75% artım baş verib.
Aylıq ən çox azalma göstərən qrup 1,94% ilə nəqliyyat olub.
2019-cu ilin Avqust ayında indeksdə yer alan qruplardan geyim və ayaqqabıda 1,10%, yeyinti və alkoqolsuz içkilərdə 0,77% azalma baş verib.
Türkiyədə istehsalçı qiymətləri indeksi aylıq müqayisədə 0.59% düşüb. İstehsalçı qiymətləri indeksindəki illik artım isə 21.66%-də 13.45%-ə geriləyib.