"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub".
İnsider.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir".
X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.