turkiyede-koronavirusla-bagli-sad-xeber

Türkiyədə koronavirusla bağlı şad xəbər

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca COVID-19 risk xəritəsində qırmızı bölgənin qalmadığını bildirib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

Qoca bildirib ki, Kayseridə əhalinin 75 faizdən çoxu vaksinasiya edilib və mavi kateqoriyaya daxil olub. Eyni zamanda, Ağrı vilayəti də sarı bölgədədir.

“İşi başlatmaq kimi bitirmək də gözəldir”, - deyə türkiyəli nazir bildirib.

O, həmçinin narıncı kateqoriyaya keçən şanlıurfalıları da təbrik edib.