turkiyede-lire-yeniden-ucuzlasir

Türkiyədə lirə yenidən ucuzlaşır

1 dollar 6 lirəyə yaxınlaşır.

İnsider.az xəbər verir ki, son sutka ərzində  Türkiyədə dollar 0.72% bahalaşaraq 1 dollar 5,9156 lirə olub.

Həmçinin avro da lirə ilə müqayisədə bahalaşıb. Belə ki, hazırda 1 avro 6.6820 lirə təşkil edir ki, bu da son 24 saat ərzində 0.85% bahalaşma deməkdir.

Xatırladaq ki, analitiklər lirənin dəyərinin ABŞ - Türkiyə münasibətlərinin fonunda daha ucuzlaşdığını bildirirlər. Belə ki, bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "S400-lər məsələsində heç bir şəkildə geri addım atmayacayıq deməsi, lirənin məzənnəsində özünü biruzə verildiyi güman olunur.

Qeyd edək ki, son bir ay ərzində ən çox fərq 1 dollar 6,0969 göstəricisində olub.