Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonundan keçən neft boru kəmərində irimiqyaslı partlayış baş verib.
Partlayış sonrası yaranan şiddətli yanğın səbəbindən Qaziantep-Kahramanmaraş yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə böyük panikaya səbəb olub. Hazırda ərazidə müvafiq xidmətlər yanğının söndürülməsinə çalışır.
İnsidentin səbəbləri barədə məlumat verilmir.
Mənbə: “Haber Global”