Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsinin rəhbərliyi tərəfindən Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı bürünc xatirə pulu buraxılıb.
İnsider.az xəbər verir ki, bu, Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə reallaşıb.
Xatirə pulunun ön tərəfində Nəsiminin fotosu həkk olunub və “İmadəddin Nəsiminin doğumunun 650-ci ili” yazılıb.
Arxa tərəfdə isə “Türkiyə Cumhuriyyəti 2.5 lira” yazısı var.
Xatirə pulu Nəsiminin adının ədəbiləşdirilməsi məqsədilə buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Oxu.Az