Türkiyənin Mərmərə dənizində 3,7 bal gücündə zəlzələ olub.
“Haber Global” Kandilli Rəsədxanasına istinadla məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da baş verib.
Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Xatırladaq ki, oktyabrın 30-da İzmir şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər ölüb və 1035 nəfərdən çox insan yaralanıb.