turkiyede-zelzele-olub

Türkiyədə zəlzələ olub

Türkiyədə Rixter cədvəli üzrə 4 maqnitudada iki zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İlk yeraltı təkanlar iyunun 18-də saat 18:36-da ölkənin şərqində, Malatya vilayətində 4,6 maqnitudada, 7,06 km dərinlikdə qeydə alınıb.

Həmçinin, saat 23:59-da Adana vilayəti, Saimbəyli rayonu ərazisində 4 maqnitudada zəlzələ olub.

Hələlik dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.