turkiyeden-abs-in-qerarina-reaksiya

Türkiyədən ABŞ-ın qərarına reaksiya

Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-ın İrandan neft idxalı qadağası üzrə 8 ölkəyə, o cümlədən Türkiyəyə verdiyi möhləti uzatmamasının regional sülhə və sabitliyə xidmət etməyəcəyini və İran xalqına zərər verəcəyini açıqlayıb.

İnsider.az xəbər verir ki, ABŞ rəhbərliyinin, daha əvvəl İrana tətbiq olunan neft sanksiyalarından 180 gün azad olunmuş 8 ölkəyə yeni azadolma (möhlət) verilməyəcəyini açıqlamasının ardından Çavuşoğlu "Twitter" hesabından açıqlama verib. 

Çavuşoğlu açıqlamasında, "ABŞ-ın azadolmalara son qoyması regional sülh və sabitliyə xidmət etməyəcək və İran xalqına zərər verəcək. Təktərəfli sanksiyaları və qonşularımızla necə əlaqə yaradacağımıza dir göstərişləri qəbul etmirik",- ifadələrini istifadə edib.

Dünən Ağ Ev, İrana tətbiq edilən neft sanksiyalarından azad olumuş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlayıb. İran nefti bazardan çıxdıqdan sonra qlobal tələbin ödənilməsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri yer alacaq. 

ABŞ İrandan neft idxalını sanksiyalar ilə qadağan etsə də, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan bu ölkədən neft almağa davam edirdilər. Adları çəkilən 8 ölkə İrandan neft alışına tətbiq etdiyi sanksiya qərarından 2 Maya qədər 180 günlüyünə azad olunmuşdular. ABŞ-ın yeni qərarı ilə bu ölkələrə verilən möhlət sona çatacaq. 

ABŞ, İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı hədəfləyir.

İranla nüvə razılaşmasından tək tərəfli çıxan ABŞ-ın İrana qarşı ilk sanksiya paketi 7 Avqust 2018-də, ikinci mərhələ sanksiya paketi isə 5 Noyabr 2018-də qüvvəyə minmişdir.