turkiyeli-nazir-olkede-meymunciceyine-yoluxma-ile-bagli-veziyyeti-aciqladi

Türkiyəli nazir ölkədə meymunçiçəyinə yoluxma ilə bağlı vəziyyəti açıqladı

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə meymunçiçəyinə yoluxma sayının getdikcə artdığını açıqlayıb.

“Ölkəmizdə meymunçiçəyi virusuna beş yoluxma aşkar edilib, onlardan dörd nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir. Onun səhhəti yaxşıdır”, - deyə Türkiyənin səhiyyə naziri vurğulayıb.

F.Qoca meymunçiçəyinin Türkiyə üçün endemik risk və ya qlobal pandemiya riski yaratmadığını bəyan edib.  

Oxu.Az