Türkiyənin Azərbaycandakı səfirliyinə yeni media üzrə müşavir təyin olunub.
Bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilib.
Cihangir İşbilir bundan əvvəl Türkiyənin “Anadolu” informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu il oktyabrın 11-dən səfirlikdə çalışıb.
Modern.az