Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə Türkiyənin Kocaeli Bələdiyyəsinin Qeyri-Hökümət Təşkilatları Şöbə Müdirliyi binasında KİAMP Türkiyə Koordinatorluğu Tərəfindən “Xocalıya ədalət!” adlı konfrans keçirilib.
Tədbir KİAMP-“Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə Respublikasındakı Koordinatorluğu nəzdində fəaliyyət göstərən “Karabağ Azerbaycandır!” Koordinə Etmə Dərnəyi, Kocaeli Qarabağ Azərbaycan Həmrəylik və Birlik Dərnəyi, Azərbaycan-Türkiyə Dostluq Strateji Platformasının iştirakı ilə baş tutub.
Konfransın məruzəçiləri Qardaşlığımız Ebedidir Sivil Yoplum Kurluşları Federasiyasın genel başkanı
Emin Həsənli, Anadolu Aydınlar Dərnəyinin prezidenti, Prof. Dr. İbrahim Öztek, “Karabag Azerbaycandır!” Koordinə Etmə Dərnəyinin rəhbəri Dr.Elvin Abdurahmanlı, Bursa şəhər prokuroru Məhəmməd Zeki Bayraktar, Elazığ Xalq Birliyi Dərnəyinin sədri Fəthi Kapan, Bursa Arena Xəbər Agentliyinin rəhbəri Hüsamettin Taşdemir, Kocaeli Karabağ Dərnəyinin rəhbəri Prof. Dr. Güneş Şahin, Aydınlar Ocağı Kocaeli şöbəsinin sədri Ahsen Okyar, BİP xəbər medya portalının əməkdaşları və digər şəxslər iştirak ediblər.
Konfrans iki dövlətin dövlət himni ve qısa film göstərisi ilə başlayıb. Tədbirdə Emin Həsənli, İbrahim Öztek və Elvin Abdurahmanlı tərəfindən təqdimat və vizual görüntülərlə Xocalı həqiqətlərindən bəhs olunub.
Tədbir türkiyəli və azərbaycanlı gənclərin sual-cavabları ilə davam edib.