Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.
Türkiyənin Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.