“Zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir”.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xilasetmə işlərinə 12 181 işçi cəlb olunub.
“Digər ölkələrdən 2296 axtarış-xilasetmə işçiləri ölkəmizə gəlib. 14 ölkənin, o cümlədən Azərbaycanın göndərdiyi yardımdan istifadə edirik”, - vitse-prezident vurğulayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Report