Məşhur sosial şəbəkə "Twitter" ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
İnsider.az xəbər verir ki, şirkətin rüblük mənfəəti 1,1 milyard dollar və ya hər səhm üzrə 1,43 dollar təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin mənfəəti 100 milyon dollar, hər səhm üzrə mənfəəti isə 13 sent idi.
Şirkətin mənfəətindəki artımın əsas səbəbi isə restrukturizasiya ilə bağlı gəlir vergisindəki bonuslar olub.
"Twitter"in gəlirləri illik müqayisədə 18% artaraq 841 milyon dollar olub. "Wall Street" analitiklərinin gəlir proqnozları isə 829 milyon dollar təşkil edirdi. Platformanın reklam gəlirləri 1 il ərzində 21% artaraq 727 milyon dollar olub.
Həmçinin, sosial şəbəkə 3-cü rüb üzrə 815-875 milyon dollar gəlir əldə edəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, şirkətin maliyyə göstəricilərini açıqlamasının ardından səhmləri 5% dəyər qazanıb.
©Finans.az