twitter-in-rehberi-covid-19-ile-mubarizeye-1-milyard-dollar-iane-edecek

“Twitter”in rəhbəri COVİD-19 ilə mübarizəyə 1 milyard dollar ianə edəcək

Cek Dorsi sərvətinin 28%-ni dünyada tüğyan edən yeni koronavirus COVİD-19 ilə mübarizəyə ayırmaq qərarına gəlib.

İnsider.az xəbər verir ki, Dorsinin Square şirkətindəki payından Start Small fonduna ayıracağı məbləğin pandemiya bitdikdən sonra qalan hissəsi təhsilə və səhiyyənin inkişafına yönləndiriləcək. 

Bununla yanaşı Cek Dorsi ayrılan vəsaitin nəyə xərcləndiyini izləmək üçün sənədə keçidin yaradılacağını da bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısını alınmaq məqsədilə şirkətlər və iş adamları tərəfindən fonda  vəsait köçürülüb.